Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Corolla"markalı minik maşını idarə etmədən çıxaraq yolun kənarında olan ağaca sonra isə işıq dirəyinə çırpılıb. Dördpendirli pizza
Qəza zamanı bir nəfər - 1989-cu il təvəllüdlü Emil Abdullayev hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız