Gəncədə üç günlük körpə öldü 

Gəncədə üç günlük körpə öldü 

Sosial

16 Yanvar 2023 15:03 445


Gəncədə üç günlük körpə vəfat edib. 

Yenisabah.az-ın xəbərinə görə, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib. 

Məlumata görə, Qazax rayonunun Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü qadın yanvarın 12-də mərkəzdə qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. 

Körpəyə tənəffüs pozğunluğu və beyin mədəciklərinə daxili qansızma diaqnozu qoyulub. O, yanvarın 15-də vəfat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!