Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Qarabağ"ın futbolçuları ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə səfir "Twitter"də məlumat paylaşıb.
R.Mustafayev bu gün "Marsel"ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə Ağdam klubuna uğurlar arzulayıb. pizza sifarişi
"Doğma "Qarabağ" futbol klubumuza uğurlar arzu edirik. Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır", - səfir bildirib.
Qeyd edək ki, "Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Telegram kanalımız