Generalın oğlunun həbsi ilə bağlı YENİ DETALLAR   - Siqaret əməliyyatı

saytların hazırlanması

Evə çatdırılma

Generalın oğlunun həbsi ilə bağlı YENİ DETALLAR - Siqaret əməliyyatı

Hadisə

11 Dekabr 2025 15:10 1672


Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubovun həbsi ilə bağlı yeni detallar bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, bakupost.az-ın əldə etdiyi məlumata görə, Fərid Usubov mediada iddia edildiyi kimi, Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin deyil, Hövsan məntəqəsinin rəisi vəzifəsində çalışıb.

Onun vəzifədən kənarlaşdırılmasına səbəb isə 6 ay əvvəl - bu ilin iyununda Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması olub. Qeyri-qanuni yük partiyasının aşkar edilməsindən sonra məsul şəxslərlə bağlı daxili araşdırmalara başlanılıb və DGK sədri, general-leytenant Şahin Bağırov tərəfindən Fərid Usubovun sərəncama götürülməsi barədə əmr imzalanıb. Daha sonra isə o, həbs edilib. Toyuqlu pizza

Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Tural Muradovdur. O, tanınmış müğənni İlqar Muradovun oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!