Generallar Putinə təzyiq göstərir: “Səfərbərlik elan et”

saytların hazırlanması

Evə çatdırılma

Generallar Putinə təzyiq göstərir: “Səfərbərlik elan et”

Dünya

30 Oktyabr 2024 13:54 539


Rusiyanın Baş Qərargahı və Müdafiə Nazirliyi Ukraynadakı qoşunları gücləndirmək üçün yeni səfərbərlik elan etməsi üçün Kremlə ciddi təzyiq göstərir.

Yenisabah.az The Economist-ə istinadla xəbər verir ki, bunu kəşfiyyat məlumatları ilə tanış olan avropalı rəsmilər bildirib.

“Rusiyanın hazırda kifayət qədər qüvvəsi yoxdur. Əgər onlar irəliləyişə nail olsalar, bundan istifadə edə bilməyəcəklər”, - deyə NATO-nun yüksək rütbəli rəsmisi izah edib. Toyuqlu pizza

Mənbələrin məlumatına görə, Rusiya ordusu döyüş meydanında kütləvi itkilərə səbəb olan primitiv taktikaya arxalanmaqda davam edir. Kursk cəbhəsinə getdiyi güman edilən Şimali Koreya əsgərləri rus bölmələrinin  problemlərlə üzləşdiyini göstərir.

Rusiya müdafiə sənayesi Qərb istehsal xətlərini xeyli qabaqlayır. Avropa İttifaqı ildə 1 milyondan çox mərmi istehsal etdiyini iddia edir; Rusiya isə bundan 3 dəfə çox istehsal edir, Şimali Koreya və İrandan dəstək alır.

NATO-nun yüksək rütbəli mənbəsi qeyd edir ki, Moskva ayda 30 min insanı orduya cəlb edir. Bu, cəbhədəki bütün məqsədləri yerinə yetirmək üçün kifayət deyil, lakin böyük itkiləri ödəməyə imkan verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!