“Gent“in kapitanı “Qarabağ“la oyunları buraxa bilər 

saytların hazırlanması

Evə çatdırılma

“Gent“in kapitanı “Qarabağ“la oyunları buraxa bilər 

İdman

17 Yanvar 2023 16:41 741


“Gent”in (Belçika) kapitanı futbolçusu Vadis Ocica-Ofoe Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları buraxa bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi zədələnib. O, yerli çempionatın 20-ci turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində sıradan çıxıb və əvəzlənib. Vadis dizindən əməliyyat olunub. Belçika millisinin keçmiş üzvünün yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmır. Lakin futbolçunun sağalma prosesinin bir neçə ay vaxt aparacağı gözlənilir. 

Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!