"Deyirlər bəzən ki, ailə məsələləri ilə gündəmə gəlirsən. Məni ailə məsələmlə gündəmdən salmağa çalışdılar. Çünki seriallardakı rollarım uğurlu alınmışdı, tanınmışdım, sevilmişdim".
Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri ailəsi ilə küsülü olan aktrisa Sonaxanım Əliyeva deyib.
Aktrisa qeyd edib: "Pərvanələrin rəqsi"ndə məşhurlaşdım. "Vicdan haqqı"ndakı obrazım isə partlayış oldu. Uğurlarımı həzm edə bilmədilər. Yəqin axır zamandır. Doğmalar mal-mülk üstündə bir-birlərindən ayrı düşürlər, mərhəmət etmirlər. Sezar pizza
Allah ağlımı almaqdansa, canımı alsın. Özümə bir bunu arzu edirəm. Məni çox incitdilər. Amma unutmuşam gedib. İrəli baxmalıyam. Arxaya baxaraq qabağa getmək olmaz. Güclü olmalıyam. İşimlə-gücümlə irəli getməliyəm, balamın xoşbəxtliyi naminə. Yoxsa, gərək qəbrimi qazıb uzanam içinə".
Telegram kanalımız