“Getdikcə vəziyyətim pisləşir” – Mehman Hüseynov

saytların hazırlanması

Evə çatdırılma

“Getdikcə vəziyyətim pisləşir” – Mehman Hüseynov

Sağlamlıq

03 İyun 2020 15:28 3327


Xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda İsveçrədə müalicə alan tanınmış blogger Mehman Hüseynov bu haqda yazıb. 

Yenisabah.az bloggerin yazdıqlarını olduğu kimi təqdim edir:

“Dostlar hər birinizə təşəkkürlər ki, məni xilas etməyə çalışırsız. Çox möhtəşəmsiz hər birinizin qarşısında baş əyirəm. Amma bir məsələni qeyd etməliyəm və bunu hamı bilməlidir. Mən artıq öyrəşmişəm çətinliklərə, həyat məni hər dəfə sınağa çəkir. 7 il ölkədən çıxışıma qadağa qoyulmuşdu, polis bölmələri, döyülmə, 2017-də həbs edirlər, həbsdə olduğum vaxtı anamı itirmişəm, sonra yenə həbsimi uzatmaq istədilər, həbsdən çıxdım yenə döyüldüm və nəhayət, bir gün həkim gəlib deyir ki, bala, sən xərçəngsən.  Sezar pizza

Həyatım tələb edir ki, mubarizə aparım. Əvvələr rüşvətxorlarla, millətin qanını içənlərlə, saxtakarlarla mubarizə aparırdım indi isə iş elə gətirib ki, özüm özümlə mubarizə aparmalıyam. Əminəm ki, bu şişi də məhv edəcəm. Hələ bilmir gəlib kimə ilişib.

Bu xərçəng hardan çıxdı. Bilmirəm. Amma bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxarda bilmədi. Ayağımda damarlar çıxmışdı, bizim klinikalara gedib muayinə olunurdum, həkimlər deyirdi narahat olma ayağındaki damarlar adi varikozdu. Amma damarlar niyə çıxıb, səbəbi nə olub onu demirdilər. 

Yeni il ərəfəsi döyüləndən sonra isə heç bir xəstəxana mənə yaxın durmadı. Məni siyasi baxışlarıma görə yaxın buraxmırdılar. Ona görə məcbur oldum getdim Tiflisdə muayinə olundum. Ordakı həkimlər bildiriblər ki, ayağındakı damarlar elə belə əmələ gəlməyib. Səbəb isə odur ki, damar gəlir qarnımın aşağı hissəsində yox olur. Muayinə edib bildiriblər ki, qarnımın aşağı hissəsində şiş var. Şübhələnir ki, onkoloji ola bilər, olmaya da bilər. Biopsiya edib, cavablar çıxdıqda gürcü həkimləri bildiriblər ki, biz dəqiqləşdirə bilmirik bu nə şişdi. Biz sizə məsləhət görərdik ki, Avropda muayinə edəsiz çünki orada dəqiq sizə deyəcəklər.

Bakıya qayıdıb seçkilərdə iştirak edib sonradan İsveçrəyə gedəsi oldum. Ölkədən çıxan kimi Covid 19-a görə ölkəyə giriş-çıxış bağlanıb. İsveçrədə 2 ay ərzində həkimlər muayinə edib və yekun qərarı təqdim edib bildiriblər ki, onkoloji şişdir və burda vaxt itirmək olmaz, təcili mudaxilə lazımdı. 

Lakin o məbləğ nağd əlimizdə olmadı. Mənə burda təklif elədilər ki gedib İsveçrə hökumətinə muraciət edib, mühacir kimi qalıb burda, məni hər şey ilə təmin edəcəklər və üstəlik bu müalicən, əməliyyatın pulsuz başa gələcək. Yalnız mühacir olduğum halda bu əməliyyat pulsuz oluna bilər. Siz indi yəqin düşünərsiz ki, mənim başım çatışmır, dəliyəm amma elə düşünün. Düşünün ki, məndə çatışmır...

Mən qəti bu qərarı rədd etdim və heç bir Avropa ölkəsinə müraciət etməkdən söz gedə bilməz. Bu təklifdən imtina etdim. Mənim öz ölkəm var Azərbaycan, öz xalqım var. Həyatımın bir hissəsini korrupsiyaya əli batmış məmurlarla mübarizəyə həsr etmişəm. Çalışmışam xalqa xidmət edim, ölkədə baş verənləri çəkib görsədim. O boyda çətinliklərdən keçib əziyyət görüb sonra durub ölkədən imtina edib mühacirliyə gedən deyiləm. Ölkə hamımızındır, ölkədə problemlər var. Deməli bizlər hamımız ölkəmizə sahib çıxmalıyıq. Mənim qərarım qətidir, heç bir mühacirətlikdən söhbət gedə bilməz. Qayıdıram ölkəmə.

Mən bundan sonra ayağa qalxsam, öz ölkəmdə mübarizəni aparacam. Əgər sağlamlığım imkan verməsə belə yenə də öz ölkəmdə yaşayacam, çalışdığım qədər xalqa xidmət etməyə davam edəcəm.

Düşündüm ki, bu xəstəliklə qayıdacam ölkəmə. Ondan sonra nə olacaqsa, Allah özü bilən məsləhətdi.

Lakin çıxılmaz vəziyyəti nəzərə alaraq, qardaşım təklif elədi ki, petisiya edək Azərbaycan xalqına müraciət edək və ianə toplayaq. Buna da mən “yox” cavabı vermişdim. Mən xalqın sosial vəziyyətini nəzərə alıb dedim ki, buna da razı deyiləm. Həm də istəmədim bu məsələ haqqında yazıb sizləri narahat edim. Ən pis halda düşünürdüm ki, mənin Azərbaycanda evim var onu satıb bir təhər özümü mualicə eliyərəm. Amma bunu üçün gərək ölkəyə qayıdıb evi satıb pulu əldə edib yenə qayıdıb mualicə etmək lazım idi. 

Nəzərə alsaq ki, ölkəyə giriş-çıxış bağlıdır və mənim onkoloji şişə müdaxilə olunub deyə vaxt itirmək olmaz idi. Həkimlər də bizə təcili olaraq radioterapiya elətdirib, əməliyyat götürmək istəyirlər çünki getdikcə vəziyyətim pisləşir.

Ona görə çıxılmaz vəziyyətdə, qardaşım Azərbaycan xalqına muraciət etdi. Və yəqin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam. Demək ki bu xalq üçün, bu ölkə üçün min əziyyərlərdən keçməyə dəyər. Çox sağ olun ki, bu vəziyyətimi nəzərə alıb dəstək oldunuz. Hamınızı sevirəm. Sağlamlığınızı qoruyun”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!