Gilgilçay üzərindəki körpünün bir hissəsi uçdu

saytların hazırlanması

Evə çatdırılma

Gilgilçay üzərindəki körpünün bir hissəsi uçdu

Sosial

06 Aprel 2026 10:54 211


Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Əraziyə AAYDA əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Marqarita pizza

"Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur", - AAYDA-dan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!