Gimnastlarımız 1 qızıl, 2 gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Gimnastlarımız 1 qızıl, 2 gümüş medal qazandı

İdman

15 İyul 2019 10:05 1071


Bu gün Neapol şəhərində (İtaliya) keçirilən 30-cu Yay Universiadasında bədii gimnastika üzrə final yarışları baş tutub.

“Yeni Sabah” xəbər verir ki, çoxnövçülük üzrə gümüş medal qazanan gimnastımız Zöhrə Ağamirova, bu gün də uğurlu çıxışı ilə medala qazanmağa müvəffəq olub. Belə ki, Zöhrənin gürzlərlə icrasının 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb.

Bununla da, Azərbaycan gimnastika komandası Universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!