Gömrükdə xeyli dərmanın qanunsuz keçirilməsi cəhdinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə xeyli dərmanın qanunsuz keçirilməsi cəhdinin qarşısı alındı

Kriminal

28 Sentyabr 2025 09:54 449


Tovuz Gömrük İdarəsi əməkdaşları gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edib.

Yenisabah.az xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.

Yük yerinə baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44 120 ədəd olan dərman vasitələri aşkar edilib. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!