Gömrükdə yenə tıxac yarandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə yenə tıxac yarandı - Foto

İqtisadiyyat

06 Avqust 2019 11:47 1349


Bu gün səhər saatlarından başlayaraq Dövlət Sərhəd Xidmətinin Mamızçay keçid məntəqəsində tıxac yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Cebhe.info xəbər portalının direktoru Rəfael Becanov paylaşıb. DSX və Gömrük Komitəsinin əməkdaşlarının səhlənkarlıqları ucbatından yenə də insanlar keçid məntəqəsində saatlarla gözləmək məcburiyyətində qalıblar:

“Növbənin ucu-bucağı yoxdur. Benzin aparanlarla, alver edənlərlə adi adamları eyniləşdirirlər. Saatlarla növbədə dayanmağı niyə haqq etmişik? Günahımız nədir?  Dominos pizza

Elçin Quliyevdən soruşan lazımdı sən belə asanlaşdırıbsan keçidi? Xəstə qadın bizi buraxın deyir, eşidən yoxdu! Bu hansı insanlıqdır? Dünyanın harasında belə növbələr var? Bunun bir axrı olacaqmı? Sərhəd xidməti belə, gömrük xidməti belə? Niyə imkan vermirsiz bu vətəndaşlar dövlətdən razı qalsın? Məqsədiniz nədir?” deyə R. Becanov yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!