Goranboyda 25 yaşlı oğlan özünü asaraq öldürdü, nişanlısı intihara cəhd etdi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda 25 yaşlı oğlan özünü asaraq öldürdü, nişanlısı intihara cəhd etdi

Hadisə

22 İyun 2023 20:34 1012


Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Camal Məmmədov kəndin ərazisindən keçən çayın kənarında özünü ağacdan asaraq intihar edib. Hadisədən sonra gəncin nişanlısı, 22 yaşlı İ.Bayramova özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihara cəhd edib. Qadın yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Sezar pizza

Hər iki faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!