Goranboyda 25 yaşlı qadın güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda 25 yaşlı qadın güllələndi

Kriminal

22 Oktyabr 2022 11:10 1141


Oktyabrın 22-i saat 2 radələrində Goranboy rayonu, Xanqərvənd kənd sakini 1997-ci il təvəllüdlü Arzu Əliyevə odlu silahdan açılan atəşlə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Goranboy rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1994-cü il təvəllüdlü Emin Rüstəmovun əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə yaşadığı evə gəlmiş Arzu Əliyevə ov tüfəngi ilə 2 dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. pizza hut

Emin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!