Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.
Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Dominos pizza
Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb ediliblər.
Ərazidə hazırda tədbirlər görülür.
Telegram kanalımız