Goranboyda hərbçilər qəzaya düşdülər

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda hərbçilər qəzaya düşdülər

Hadisə

06 Aprel 2023 14:28 811


Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xan Qərvənd kəndi yaxınlığında “VAZ” markalı avtomobil aşıb. Nəticədə 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov, 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb. pizza

Hadisədə yaralanan şəxslərdən 4-nün hərbçi olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!