Goranboyda heyvanlar peyvəndləndi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda heyvanlar peyvəndləndi

Sosial

14 Mart 2019 15:57 814


Goranboy rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, rayonda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Goranboy Rayon Baytarlıq İdarəsinin 18 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün kənd və qəsəbələrində aparılır.

Goranboy rayonu ərazisində 41300 baş iribuynuzlu, 220000 baş xırdabuynuzlu, 2000 baş təkdırnaqlı, 508500 baş quş və 12678 arı ailəsi mövcuddur. Marqarita pizza

 

Mart ayının ilk günlərindən isə Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 9345 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!