Goranboyda oğrular ər və arvadı döydülər,   qızılları apardılar

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda oğrular ər və arvadı döydülər, qızılları apardılar

Hadisə

10 Oktyabr 2023 09:12 569


Goranboyda evə girən oğrular ər və arvadı döyüb. 

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib. 

Xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızı xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.  Sezar pizza

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər. 

Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!