Goranboyda qanunsuz ov silahları müsadirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda qanunsuz ov silahları müsadirə edildi

Hadisə

14 İyul 2023 20:57 1198


Goranboyda qanunsuz ov silahları müsadirə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

Keçirilən müvafiq tədbirlər nəticəsində 4 sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!