“Gördüyüm ən böyük futbolçu Messidir“ - Klopp

saytların hazırlanması

Evə çatdırılma

“Gördüyüm ən böyük futbolçu Messidir“ - Klopp

İdman

26 Dekabr 2022 12:11 806


"Liverpul"un baş məşqçisi Yurgen Klopp Argentina millisinin DÇ-2022-nin qalibi olması haqda danışıb.

Yenisabah.az xəbər verir ki, alman müxətəssis İngiltərə mətbuatına açıqlamasında deyib:

“Bu, həqiqətən də layiqli qələbə, çətin oyun idi. Həyatımda gördüyüm ən yaxşı final idi. Argentina qələbəyə layiq idi. Mən onlar üçün çox şadam. Bunu çoxdan gözləyirdilər". Marqarita pizza

Klopp turnirin ən yaxşı oyunçusu seçilən Argentina millisinin kapitanı Lionel Messi haqda da xoş sözlər söylətib: "Gördüyüm ən böyük futbolçu Lionel Messidir. Onun bu yaşda futbol oynaması hamımızda futbolçuların nə qədər yüksək səviyyədə oynaya biləcəyi barədə fikir formalaşdırır. Kitabları tez bağlamamalıyıq. Onu izləmək çox xoş idi”.

Qeyd edək ki, 35 yaşlı Messi DÇ-2022-də 7 oyuna 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentina mundialın finalında Fransaya penaltilərlə qalib gəlib./Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!