“Görüşümüz çox həyəcanlı olacaq“ - Xuraman Şuşaya gedir

saytların hazırlanması

Evə çatdırılma

“Görüşümüz çox həyəcanlı olacaq“ - Xuraman Şuşaya gedir

Şou

25 Yanvar 2022 12:35 862


Xəbər verdiyimiz kimi, Bakı-Şuşa-Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə 400-ə yaxın bilet satılıb.

Fevralın 15-nə qədər sözügedən istiqamətdə bütün reyslərə bilet satışı tamamlanıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı da çoxdandır arzusunda olduğu yurduna tezliklə gedəcəyini bildirib: Sezar pizza

“Allah yolumuzu açıq eləsin. Tezliklə mən də gedəcəyəm, ancaq hələlik gedişimi sirr kimi saxlamaq istəyirəm. Gedib Şuşaya çatım, sonra ətraflı açıqlama verəcəyəm”.

Sənətçi 30 ildən sonra Şuşa ilə görüşün həyəcanlı olacağını qeyd edib:

“Şuşa ilə görüş çox həyəcanlı olacaq. Çünki mən oranı tərk edəndə atamla anam sağ idi. İndi onlarsız dağılmış evimizə, xatirələrimizə geri dönəcəyəm. Bu illərdə başımıza nələr gəldi… Bunları təkrar yaşamaq həyəcanlıdır”.

Qeyd edək ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat olacaq.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!