Göyçay sakini 43 yaşlı həmyerlisini güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Göyçay sakini 43 yaşlı həmyerlisini güllələdi

Kriminal

23 Fevral 2022 09:08 522


Göyçay prokurorluğu rayonda baş verən hadisəsilə bağlı məlumat yayıb.

Göyçay rayon prokurorlundan "Yeni Sabah"a bildiirlib ki, fevralın 22-də saat 22 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Cavanşir Şükürovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. pizza mizza

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Cavanşir Şükürovun rayonda tanınmış iş adamı olduğu bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!