Göyçayda 2 narkokuryer həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda 2 narkokuryer həbs olundu

Kriminal

07 Sentyabr 2022 09:33 896


Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanılıb

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Bakı şəhər sakinləri Çingiz Əhmədzadə və İlkin Qurbanlıdır.  Onların üzərlərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın heroin, 500 qram tiryək, 100 qram metamfetamin və 300 ədəd tramadol həbləri aşkarlanaraq götürülüb. 

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən onlara deyilən yerdən narkotik vasitələri götürüb, paytaxta aparmaq istəyərkən elə iş başında yaxalanıblar. Dominos pizza

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!