Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olundu

Kriminal

25 Fevral 2022 11:07 391


Göyçayda avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücü inzibati məsuliyyətə cəlb olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini  Yusif Usubov istifadəsində olan “VAZ-2107” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək həmin əməllərini sosial şəbəkələrdə paylaşıb.

Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Yusif Usubov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs olunub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!