Göyçayda çinar ağacına görə yol bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda çinar ağacına görə yol bağlandı

Sosial

13 Mart 2019 21:38 988


Göyçayda yaşı 60 ildən çox olan iri gövdəli ağac avtomobil yoluna aşıb. 

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün  şəhərin Atatürk və Rauf İsayev küçələrinin kəsişməsində qeydə alınıb. Çinar ağacı yaşayış evlərindən 1 metr aralı, avtomobil yoluna aşıb. Diametri 1.30 santimetr, uzunluğu 30 metr olan ağac yolu kəsib, asfalt qatını dağıdıb.

Xoşbəxtlikdən ağac evlərin, piyadaların və avtomobillərin üstünə aşmayıb. Rayon sakinləri bu ağacın və şəhər mərkəzində kökü quruyan və aşmaq təhlükəsi olan digər çinar ağaclarının vaxtında kəsilərək götürülməsi üçün rayon icra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinə müraciət ediblər. Dominos pizza

Davud Tarverdiyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!