Göyçayda dəhşət: Mübahisə etdiyi həmyerlisni bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda dəhşət: Mübahisə etdiyi həmyerlisni bıçaqladı

Kriminal

17 Noyabr 2021 10:17 676


Noyabrın 16-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Vüsal Məmmədovun Göyçay rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Göyçay Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Vüsal Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Sezar pizza

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!