Göyçayda qəribə hadisə: Evlənmək üçün qız qaçırıb işgəncə verdilər

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda qəribə hadisə: Evlənmək üçün qız qaçırıb işgəncə verdilər

Kriminal

27 Fevral 2022 22:29 1543


Göyçayın Ulaşlı Şıxlı kəndində gənc qıza oğlan və ailəsi tərəfindən zorla qaçırılaraq işgəncə verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, rayon sakinləri Mahmud Əliyev atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birlikdə 21 yaşlı qızı qaçıraraq tövlədə gizlədiblər. pizza mizza

Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin hadisədən məlumatlıdırlar:

“Məsələ DİN tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Qeyd edilib ki, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Bir baxın da yazdıqlarınıza.
    4 years ago