Göygöldə silah və narkotik - Araşdırma gedir

saytların hazırlanması

Evə çatdırılma

Göygöldə silah və narkotik - Araşdırma gedir

Kriminal

23 Oktyabr 2022 12:21 1004


Göygöl sakinlərində narkotik və silah aşkar edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elsevər Qəmbərov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitələr - “tiryək” və “heroin” müvafiq ekspertizaya təqdim edilib. Dominos pizza

Bundan başqa, qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirlən tədbirlər nəticəsində rayon sakini Ceyhun Mərdanov saxlanılaraq polis şöbəsinə gətirilib. C. Mərdanovun üzərindən 1 ədəd qundağı və lüləsi kəsilmiş, istifadəyə yararlı 12 kalibirli tüfəng aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!