Elmlər doktoru, aparıcı Yelena Malışeva yeni koronavirusun ən gözəl xəstəliklərdən biri olduğunu deyib.
Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə canlı yayım açan aparıcı qızılca xəstəliyinin koronadan daha təhlükəli olduğunu bildirib.
O, koronavirusun yaşı çox olan insanları öldürməsini və uşaqlara nadir hallarda yoluxmasını müsbət qiymətləndirib: "Mən koronavirusu ən gözəl viruslardan biri hesab edirdim, elə indi də elə düşünürəm. Bu infeksiyadan ölənlərin orta yaşı 79,5-dir, uşaqlar isə demək olar ki, yoluxmurlar. Belə orta yaş həddi olan başqa bir virus varmı?! Mən heç də yaşlı insanların ölməli olduğunu düşünmürəm, anamın da 86 yaşı var. Lakin çoxlama təhlükəsi baxımından, qızılca xəstəliyi bundan dəfələrlə təhlükəlidir, çünki o uşaqları da ölürür”. Toyuqlu pizza
Teleaparıcının bu sözləri izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Telegram kanalımız