“Gücümüz ancaq pensiya alanlara çatır” - Deputat əsəbləşdi

“Gücümüz ancaq pensiya alanlara çatır” - Deputat əsəbləşdi

Sosial Veb saytların hazırlanması

17 Mart 2023 16:10 844


“Gücümüz ancaq pensiya alanlara çatır”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

"Sonra da deyirik ki, gəlirlərimiz var. Neçə illərlə müqayisə aparanda görürük ki, pensiya alanların sayı azalıb. Ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil. Biz nə vaxta qədər bu camaata qara camaata kimi davranacağıq. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xaiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”. 

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!