Gülçöhrə Şəfiyeva vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

Gülçöhrə Şəfiyeva vəfat etdi 

Mədəniyyət

23 Dekabr 2023 09:45 2868


Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram səhifəsində məlumat yayıb. 

G.Şəfiyeva 74 yaşında vəfat edib. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.  pizza hut

Dəfn mərasimi bu gün saat 12:00-da olacaq. 

Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Uzun illər Mədəniyyət Nazirliyi Mərkəzi Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 

Allah rəhmət eləsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!