Güləşçimiz Konyada gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz Konyada gümüş medal qazandı

İdman

11 Avqust 2022 19:05 1131


Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 61 kq-da çıxış edən idmançımız qızıl medal uğrunda özbəkistanlı Cahangirmirzə Turabovla mübarizə aparıb.

Hesab 6:6 hesablı heç-heçə ilə başa çatsa da, qazanılmış son xal prinsipinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib.. Sezar pizza

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!