Güləşçimiz Zaqrebdə qızıl medal qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz Zaqrebdə qızıl medal qazanıb

İdman

01 Fevral 2023 22:54 839


Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən “Zaqreb Open”də qızıl medal qazanıb.

Yenisabah.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yer alan İslam Bazarqanov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Beka Bujiaşviliyə sonuncu xal prinsipinə əsasən uduzub - 4:4. Toyuqlu pizza

65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal görüşündə yaponiyalı Ryoma Anrakunu 12:1 hesabı ilə üstələyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!