Güllələnmiş meyiti tapılan şəxs Mətanət Quliyevanın oğlu imiş

saytların hazırlanması

Evə çatdırılma

Güllələnmiş meyiti tapılan şəxs Mətanət Quliyevanın oğlu imiş

Hadisə

09 Dekabr 2025 10:07 1081


Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.

"Yeni Sabah" qafqazinfo-ya istinadla xəbər verir ki, o, agentlikdə məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva AMEA prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Dominos pizza

Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!