Gülünc reklam mətnləri - Bu cür şüar, başlıq, yaxud reklamları kimlər fikirləşir?   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Gülünc reklam mətnləri - Bu cür şüar, başlıq, yaxud reklamları kimlər fikirləşir? - VİDEO

Sosial

02 May 2025 17:47 556


"Nəfəs alan parça", "Silver qadın çantaları", "Gözün kompüterlə təyini"… Demək olar, gündəlik həyatda hər gün qarşımıza çıxan, bəzən fikir vermədiyimiz, ya da fikir verib dilimizi korladığına görə əsəbiləşdiyimiz bu cür şüar, başlıq, yaxud reklamları kimlər fikirləşir?

Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevinc Əliyeva deyir ki, bəzi reklamlar "Google Translate" vasitəsilə tərcümə olunmuş mətnlərdən istifadə edilərək hazırlandığı üçün onlarda qüsurlar olur:

"Reklam mətni yazan mütəxəssis Azərbaycan dilinin qrammatikasına dərindən bələd olmalı, sözün işlənmə mövqeyini düzgün müəyyənləşdirməlidir". Sezar pizza

Görəsən, xarici təcrübədən qeyri-peşəkar yararlanaraq ərsəyə gəlmiş, sözbəsöz tərcümə olunmuş, yaxud kiminsə yatanda yuxusunda gördüyü başlıq və şüarlara görə məsuliyyət sahiblərinə irad necə bildirilir?

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən bildirilib ki, qurum açıq məkanda reklamlara nəzarət və tənzimləməni həyata keçirir:

"Agentlik reklam mətnlərinin tərcüməsini həyata keçirmir. Eyni zamanda bu, yaradıcı sahə olduğu üçün reklamın məzmunu ilə bağlı sahibkarların işinə müdaxilə edilmir. Yalnız qanunvericiliyin tələblərinə cavab verən reklamların açıq məkanda yayımına icazə verilir".

Ətraflı BAKU TV-nin süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!