Çay və qəhvə hazırda ən çox istehlak edilən içkilər sırasındadır. Onların zərərli olub-olmaması həmişə müzakirə mövzusu olub.
Yenisabah.az xəbər verir ki, türkiyəli alim Sedat Üstündağ kofeinli içkilərin maye ehtiyacını qarşılamaq üçün uyğun olmadığına diqqət çəkib. O bildirib ki, qəhvə bədəndə maye çatışmazlığına səbəb ola bilər. Vətəndaşlara xəbərdarlıq edən S, Üstündağ isti çay içməyin zərərlərindən də danışıb.
O, içməli suyun əhəmiyyətinə toxunaraq, bədənin suya ehtiyacının yay-qış dəyişdiyini vurğulayıb. pizza hut
Alimin sözlərinə görə, qadınlar gündə 2 litr, kişilər isə 2 litr yarım su mütləq içməlidir.
Qəhvənin bədəndə maye itkisini artıra bilən və böyrəklərdən suyu azad edə bilən, beləliklə də maye çatışmazlığına səbəb olan bir içki olduğunu deyən Üstündağ çox qəhvə içməməyi məsləhət görüb.
O, bunun təsirini azaltmaq üçünsə qəhvənin ardınca su içmək lazım olduğunu bildirib.
Çay içməyin də bəzi zərərləri olduğuna diqqət çəkən professor bir sıra məsləhətlər verib:
"Çayda olan maddə bronxları genişləndirən və sidik qan axını artıran bir maddədir. Bunun da iki mənfi tərəfi var. Biri çay nə qədər isti içilirsə, yemək borusu lezyonları və mədə ilə əlaqəli xəstəliklər də bir o qədər çox olur. Bu mənada, çayı çox isti içmək olmaz”.
Əsmətxanım
Telegram kanalımız