Günay Ağamalı  “Azərpambıq” istehsalı və tədarükü məntəqəsində çalışan seçicilərlə görüşdü - FOTO-VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı  “Azərpambıq” istehsalı və tədarükü məntəqəsində çalışan seçicilərlə görüşdü - FOTO-VİDEO

Siyasət

28 Avqust 2024 17:13 261


65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 26 avqust 2024-cü ildə Salyan rayonunun Qızılağac kəndində yerləşən “Azərpambıq” istehsalı və tədarükü məntəqəsində çalışan seçicilərlə görüşdü.

Yenisabah.az xəbər verir ki, ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Namizədin vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, şəhid Kamran Quliyevin anası Arzu Quliyeva və Elçin Quliyev namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər və seçiciləri Günay Ağamalıya səs verməyə dəvət etdilər. Dominos pizza

Görüşdə çıxış edən Günay Ağamalı seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı. O, deputat seçiləcəyi təqdirdə seçicilərlə bərabər olacağını, səlahiyyətləri çərçivəsində onlarının problemlərinin həlli üçün səylə çalışacağını bildirdi.

G.Ağamalı bütün görüşlərində qürurla səsləndirdiyi:

 “Çalışacağam ki, sizlərdən biri olum, sizin səsiniz, sizin sözünüz, sizin haqqınız, sizin hüquqlarınızın müdafiəçisi olum. Gəlin birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək”- deyərək seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə dəvət etdi.

Seçicilər Günay Ağamalıya fəaliyyətində uğurlar arzulayaraq, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verəcəklərini bildirdilər.

Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!