Günay Ağamalı fərdi yaşayış evində seçicilərlə görüşdü - Foto/Video 

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı fərdi yaşayış evində seçicilərlə görüşdü - Foto/Video 

Siyasət

22 Avqust 2024 16:11 573


Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Elçin Quliyev, könüllü Sudeyf Fərhadov namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər.

Yenisabah xəbər verir ki, görüşdə çıxış edən Günay Ağamalı səmimi münasibətə və qonaqpərvərliyə görə seçicilərə təşəkkürünü və minnətdarlığını bildirdi. 

O, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan və ağbirçəklərdən, ziyalılardan, sadə insanlardan aldığı xeyir-duanın onda qürur hissi yaratdığını böyük məmnuniyyətlə etiraf etdi. pizza mizza

G.Ağamalı seçki plafatformasının əsas qayəsinin Salyan-Biləsuvar-Neftçala rayonlarında erkən nigah, peşə təhsili, şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, yaşlı və kimsəsiz ahıllara diqqətin yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, sahibkarlığın və özəl sektorun inkişafına dəstək və digər məsələlər olduğunu söylədi.

G.Ağamalı Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan da ətraflı söz açdı.

Seçkilərlə görüşün əsas devizi kimi: “Gəlin birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” olduğunu deyən Günay Ağamalı deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün səylə çalışacağını vurğuladı. 

O, çıxışının sonunda  seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırdı. 

Səmimi keçən görüşdə seçicilər Günay Ağamalıya sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayaraq, ona səs verəcəklərini bildirdilər.

Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!