Günay Ağamalı Qızılağac və Bəydili kəndlərində seçicilərlə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı Qızılağac və Bəydili kəndlərində seçicilərlə görüşdü - Fotolar

Siyasət

11 Avqust 2024 18:30 864


Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşlərini davam etdirir.

Yenisabah.az xəbər verir ki, növbəti görüşlər Salyan rayon Qızılağac və Bəydili kəndlərindən olan seçicilərlə keçirilib.

Görüşləri Günay Ağamalının vəkili Mehman Əsədov açaraq seçicilərə namizədin tərçümeyi-halı və platforması barədə ətraflı məlumat verib.  pizza mizza

Deputatlığa namizəd Günay Ağamalı təmsil etdiyi Ana Vətən Partiyasının fəaliyyətindən, tarixindən danışıb, seçiciləri maraqlandıran sualları cavablandırıb. G.Ağamalı sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qələbə əldə edərsə seçicilər tərəfindən qaldırılmış problemlərin səlahiyyətləri çərçivəsində müsbət həlli istiqamətində səylə çalışacağını vurğulayıb.

Kənd sakinləri, şəhid ailələri ilə keçən səmimi görüşdə deputatlığa namizəd Günay Ağamalı seçicilərin istəklərini və qayğılarını dinləyib. Qızılağac və Bəydili kənd sakinləri namizəd Günay Ağamalıya uğurlar arzulayıblar və sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verəcəklərini bildiriblər. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!