Günay Ağamalı Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüşdü 

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüşdü 

Siyasət

15 Avqust 2024 10:40 869


Günay Ağamalı 13 Avqust 2024-cü ildə  Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirdi. Görüşdə Sarvan, Seyidlər və Dayıkənddən olan 500-dən çox  seçici iştirak edirdi.

Öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştrakçılarına geniş məlumat verdilər.  Pepperoni pizza

Tədbirdə çıxış edən Günay Ağamalı  görüşə gələn seçicilərə minnətdarlığını və təşəkkürünü bildirdi. 

Günay Ağamalı: "Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsi və dövlətçilik konsepsiyası Azərbaycanı böyük uğurlara və zirvələrə çatdıran tükənməz xəzinədir. Bu xəzinə Azərbaycanın çətin anlarından başlayan və onu dünyanın  inkişaf etmiş dövlətləri səviyyəsinə ucalda biləcək müqəddəs bir yolu bizə əmanət etmişdir. Bu yol Heydər Əliyevin yoludur, bu yol Azərbaycanı çətinliklərdən çıxardaraq uğurlara aparan yoldur. Bu yolu bu gün Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev və hər bir azərbaycanlının  sevimlisi olan I Vitse-Prezidentimiz Mehriban Xanım Əliyeva müvəffəqiyyətlə həyata keçirməkdədirlər. Bizlər də bu yolun yolçuları kimi hər  zaman Möhtərəm cənab Prezidentimizlə bərabər olmalı, onunla birgə addımlamalıyıq" deyə seçicilərin diqqətinə çatdırdı.

O, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmasının ona böyük qürur  hissi yaşatdığını söylədi, Salyan əhalisinin xalqımıza, dövlətçiliyimizə çox bağlı olduğunu xüsusi olaraq qeyd etdi.

Seçki platforması haqqında  məlumat verən G.Ağamalı  kimsəsiz qocaların, qadın və uşaqların hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən biri olacağını,

qızların ali təhsil almasının vacibliyini və erkən nigah məsələsinin qəbuledilməzliyini önə çəkdi.

Görüşdə iştrak edən seçicilər Kamil Əzizov, Firdovsi Əhmədov, Rəis Abdullayev və Abdulla Əliyev sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilərdə fəal iştrak  edəcəklərini və deputatlığa namizəd Günay Ağamalıya dəstək olacaqlarını, ona səs verəcəklərini bildirdilər. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!