Günay Ağamalı Salyanda şəhid ailələri ilə görüşdü - Video/Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı Salyanda şəhid ailələri ilə görüşdü - Video/Fotolar

Siyasət

25 Avqust 2024 10:58 1174


Deputatlığa namizəd Günay Ağamalı Salyan şəhərində şəhid ailələri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər. Marqarita pizza

Görüşdə çıxış edən Günay Ağamalı platformasında Salyan, Biləsuvar, Neftçala rayonlarının şəhid və qazi ailələrinə, müharibə əlillərinə diqqət və qayğının göstərilməsinin və daha da artırılmasının əsas istiqamətlərindən biri olduğunu söyləyib. O, cənab Prezident İlham Əliyevin və birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın şəhid ailələlərinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğını xüsusi olaraq qeyd edib və cənab Prezidentin bu siyasi xətti ilə tam həmrəy olduğunu bildirib.

G.Ağamalı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti, qazi və şəhid qardaşlarımızın qəhrəmanlıqları, xalqımızın dövlətimizlə, möhtərəm Cənab Prezidenimizlə və ordu ilə sarsılmaz birliyi 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi təmin edib və Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduğunu söyləyib.

Daha sonra, Günay Ağamalı şəhid ailələrinin qaldırdığı məsələləri diqqətlə dinləyib. O, deputat seçiləcəyi təqdirdə dövlət, Salyan, Biləsuvar, Neftçala rayonlarının icra qurumları və bələdiyyələrlə birgə sağlam əməkdaşlıq çərçivəsində bütün bu qaldırılan məsələlərin həlli üçün səylə çalışacağını önə çəkib.

Səmimi keçən görüşdə şəhid valideynləri Arzu Quliyeva, Xoşgül Axundova, Hikmət Salahov, Əvəz İsmayılov, Etibar Ağayev, şəhid Rəşad Əliyevin qardaşı Qəhrəman Əliyev Günay Ağamalıya uğurlar arzulayaraq, sentyabrın 1-də növbədəkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və Günay Ağamalıya səs verəcəklərini bildiriblər. 

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!