Günay Ağamalı seçicilərlə görüşlərini davam etdirir - FOTO   + Video

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı seçicilərlə görüşlərini davam etdirir - FOTO + Video

Siyasət

25 Avqust 2024 17:23 522


65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Şorsulu kəndində yerləşən “P-Aqro” MMC-nin Salyan filialında çalışan seçicilərlə görüşdü. 

Yenisabah.az xəbər verir ki, ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və şəhid anası Arzu Quliyeva namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verdilər və seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırdılar.  pizza

Görüşdə çıxış edən Günay Ağamalı platforması haqqında ətraflı məlumat verdi. O, görüşdə iştirak etdiklərinə və ona verdikləri dəstəyə görə təşəkkürünü və minnətdarlığını bildirərək, deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını söylədi. 

Seçicilər sentyabrın 1-də növbədənkənar parlament seçkilərində Günay Ağamalıya uğurlar arzulayaraq, ona səs verəcəklərini bildirdilər. 

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!