Günay Ağamalının qardaşı sosial şəbəkələrdə yayılan videoya belə reaksiya verdi

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalının qardaşı sosial şəbəkələrdə yayılan videoya belə reaksiya verdi

Hadisə

26 Noyabr 2025 14:09 4015


Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. İddialara görə həmin xanım dinini dəyişib. 

“Yeni Sabah”ın əməkdaşı məsələ ilə bağlı deputata zəng edib, vatsap vasitəsilə mesaj yazıb. Lakin Günay Ağamalı nə zəngə, nə də mesaja cavab verib.  

Günay Ağamalının atası, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da zənglərə cavab verməyib.  Dördpendirli pizza

Deputatın qardaşı Elçin Ağamalı isə yayılan video haqqında ancaq bir cümlə deyib: 

“Bununla bağlı heç bir şərh verməyəcəyəm”.

Xatırladaq ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Bu səbəbdən videonun məzmunu və iddialar daha da diqqət mərkəzinə düşüb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!