Günay meydan oxudu: O verilişləri bəyənmirəm!

saytların hazırlanması

Evə çatdırılma

Günay meydan oxudu: O verilişləri bəyənmirəm!

Şou

09 Noyabr 2023 15:49 1093


“Efirlərə ildə bir-iki dəfə çıxırıq. Sonra isə ara veririk. Səbəb kanallarda yayımlanan verilişlərin formatlarını bəyənməməyimdir. Heç bir televiziya kanalı və ya aparıcı ilə şəxsi qərəzim yoxdur”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Günay səhnəyə sosial şəbəkələrdən gəlmədiyini bildirərək meydan oxumağı da unutmayıb:   pizza hut

“Mən səhnəyə, efirlərə televiziyadan gəlmişəm. “TikTok” sosial şəbəkə, video platformasında populyarlaşan müğənnilərdən deyiləm. Artıq 17 ildir ki, peşəkar səhnədəyəm. Sənətə radio, televiziya müğənnisi kimi gəlmişik. O zamanlar isə “YouTube” video platforması indiki kimi dəbdə və aktual deyildi. İndi isə hər şey dəyişilib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!