Güney Azərbaycanda May qiyamı niyə baş verdi? - Video

saytların hazırlanması

Evə çatdırılma

Güney Azərbaycanda May qiyamı niyə baş verdi? - Video

Siyasət

19 May 2023 19:51 1399


2006-cı il may ayının 22-də Güney Azərbaycan ərazisində sonradan Xordad, yəni May qiyamı adını almış və milli oyanışın möhtəşəm nümayişinə çevrilmiş kütləvi etirazlar baş verdi.

Rəsmi “İran” qəzetində dərc olunmuş təhqiramiz karikaturaya etiraz kimi başlanan mitinq və yürüşlər hakim rejimi əməlli-başlı silkələdi.

Doğrudur, rejim əvvəlcə gücünü göstərməyə çalışdı, azərbaycanlıların dinc nümayişlərinə divan tutdu, daha öncə Xuzistanda ərəblərin, Sistan və Bəlucistanda bəlucların hərəkatını ABŞ, İsrail və İngiltərənin ayağına yazdığı kimi, bu hadisələri də dırnaqarası “islam inqilabı düşmənlərinin işi” kimi qələmə verdi. Sezar pizza

Amma sonra, necə deyərlər, bu hənanın o hənadan olmadığını görüb geri çəkildi, intonasiyasını dəyişdi, qəzet rəhbərliyini və rəssamı cəzalandırıb Azərbaycanın və azərbaycanlıların şəninə təriflər yağdırmağa başladı.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!