Güney Azərbaycanda məhbuslarla bağlı imzatoplama kampaniyasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Güney Azərbaycanda məhbuslarla bağlı imzatoplama kampaniyasına başlanıldı

Rəsmi

26 Noyabr 2023 09:44 1455


Güney Azərbaycanda məhbusların vəziyyəti ilə bağlı imzatoplama kampaniyasına başlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, bir qrup güneyli fəal siyasi məhbuslara dəstək bəyanatı yayıb və siyasi məhbusların haqlarının pozulmasına son qoyulmasını tələb edib. Marqarita pizza

“Güney Azərbaycanın müxtəlif şəhərlərində kütləvi həbs dalğasının başlamasından iki aydan çox vaxt keçir. Bu ilin sentyabrında neçə-neçə milli-vətəndaş cəmiyyəti üzvü və siyasi fəal, o cümlədən Murtuza Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbar, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyidməhəmmədrza Movəhhed, Mehrdad Qaderi, Hüseyn Azadi, İbrahim Əvəzzadə, Naser Rəzmcu, Sabir Hüseynzadə, Röya Zakeri, Yürüş Mehrəli, Hamed Yeganepur həbs ediliblər.

Təəssüf ki, İran hökuməti hələlik həbslərin səbəbinə aydınlıq gətirmir. Amma narahatlığa əsas səbəb zindanlarda onlara qarşı qanundan kənar davranışlardır.

Fəalların uzun müddət həbsdə qalması və müvəqqəti saxlanma müddətinin dəfələrlə uzadılması, habelə təcridxanada ailələri ilə telefon əlaqəsinə məhdudiyyət və qadağa qoyulması əsas problemlərdəndir.

Bu üzdən bir qrup azərbaycanlı fəal siyasi məhbusların haqlarının pozulmasına son qoyulması üçün onlara dəstək məqsədi ilə imza toplayır”, - deyə bəyanatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!