Gürcüstandan 21 milyon dollarlıq mal-qara alınıb - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan 21 milyon dollarlıq mal-qara alınıb - Statistika

İqtisadiyyat

21 Oktyabr 2025 09:56 256


Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində - 58,05 milyon ABŞ dolları dəyərində 17 min 493 ton mal-qara ixrac edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb. pizza mizza

İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub. İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.

Xatırladaq ki, 2019-cu ildən Gürcüstandan çəkisi 140 kiloqrama qədər olan mal-qaranın ixracına qadağa qoyulmuşdu. Daha sonra bu məhdudiyyət 160 kiloqrama qədər artırılmışdı. Qadağanın məqsədi yerli ət istehsalını və mal-qara bazasını qorumaq idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!