Gürcüstan Azərbaycan dizelindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Azərbaycan dizelindən imtina etdi

İqtisadiyyat

05 Avqust 2019 18:25 1059


Gürcüstan Azərbaycandan dizel yanacağın idxalını dayandıracaq. Ölkə dizel yanacağı Rusiyadan alacaq. Bu bir neçə gün əvvəl gürcü Neft İdxalçıların Birliyi tərəfindən təşkil olunmuş seminarda elan olunub.

Səbəb kimi 2020-ci ilin yanvarın 1-dən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağına qadağa qoyulması göstərilir. Həmin tarixdən ölkədə yalnız "Avro-5" standartına cavab verən dizel yanacağından istifadə ediləcək.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağın idxalın dayandırılması barədə xəbəri Turana təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq. Pepperoni pizza

"Qeyd edim ki, Azərbaycan tərəfi özü də hələ əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaldıb. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat artımı ilə bağlıdır."

Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstan ilə yanaşı bir çox digər ölkələrə də, əsasən Aralıq dənizinin hövzəsinə neft məhsulları və dizel yanacağını ixrac edir.

"Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönləndirməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq."

Sonda SOCAR-ın sözçüsü qeyd edib ki, ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara dizel məhsulunun daha böyük həcmlərdə çıxarılması üçün yetərli potensial mövcuddur.

Xatırladaq ki, hazırda Gürcüstan dizel yanacağını ən böyük həcmdə Azərbaycandan idxal edir. Azərbaycandan idxal edilən neft məhsulları rus məhsullardan 15 tetri ucuzdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!