“Gürcüstan İrəvanın təşəbbüsünü dəstəkləyir” – Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Gürcüstan İrəvanın təşəbbüsünü dəstəkləyir” – Nazir müavini

Rəsmi

14 Dekabr 2023 13:55 1167


Gürcüstan Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu İrəvanada dənizə çıxışı olmayan ölkələrin nazirlərinin konfransında Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya deyib.

Onun sözlərinə görə, Gürcüstan “yaxşı dost və tərəfdaş olan Ermənistanı təbliğ edir”. Dördpendirli pizza

Darsaliya Ermənistanın “bütün region üçün vacib” olan səylərini yüksək qiymətləndirib: “Cənubi Qafqaz kommunikasiyalar və Orta Dəhliz baxımından mühüm regiona çevrilir. Bu kontekstdə Ermənistan hökumətinin yanaşmaları vacibdir. Siz köməyimizə arxalana bilərsiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!