Gürcüstan müxalifəti alternativ parlament yaradır

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan müxalifəti alternativ parlament yaradır

Dünya

26 Noyabr 2024 15:34 591


Parlament seçkilərində 14 deputat mandatı qazanan “Güclü Gürcüstan” koalisiyası digər müxalifət partiyaları ilə birlikdə alternativ parlamentin yaradılmasını dəstəkləyib.

Yenisabah.az xəbər verir ki, partiya liderlərindən biri olan Mamuka Xazaradze bildirib:

“Seçki nəticələrinin saxtalaşdırıldığını nəzərə alaraq, alternativ siyasi mərkəzin yaradılması təşəbbüsü ilə çıxış edirik və Qərb tərəfdaşlarımızı alternativ parlamenti tanımağa çağırmaq niyyətindəyik”. Dominos pizza

Xazaradzenin sözlərinə görə, belə bir mərkəzin yaradılması əsasən müxalifət partiyalarına səs vermiş yüz minlərlə seçicinin siyasi təmsilçilikdən kənar qalmamasına yönəlib.

Son seçkilərdə dörd müxalifət partiyası parlamentdəki 150 mandatdan ümumən 61-ni qazanıb. Bütün müxalifət partiyaları bu mandatları almaqdan imtina edirlər, çünki onların fikrincə, seçkilər saxtalaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!